Erməni əsgəri kim...?| İki nəfərə qarşı ittiham irəli sürülüb

2018/08/324_1529514079_1534234051.jpg
Oxunub: 2250     16:05     14 Avqust 2018    
Erməni əsgərinin ölüm işinə görə 2 nəfərə qarşı ittiham irəli sürülüb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan istintaq orqanları erməni əsgəri Hrant Manqasaryanın ölüm işinə görə hərbi hissənin raket artilleriya silahları anbarı rəisinə qarşı ittiham irəli sürüb.

Məlum olduğu kimi, “N” nömrəli hərbi hissənin silah anbarında 4 noyabr 2017-ci il saat 12:10 radələrində baş verən partlayış nəticəsində anbarda işlərə cəlb edilən erməni əsgəri Hrant Manqasaryan aldığı qəlpə yaraları nəticəsində ölüb. Anbar rəisi müqaviləli hərbi qulluqçu Qevork Hyusnunts, əsgər Sergey Alumyan müxtəlif dərəcəli bədən xəsarətləri alaraq hospitala təxliyyə edilib.

Partlayışın hərbi hissənin raket artilleriya silahları xidmətinin rəisi mayor A.Qriqoryanın xidməti vəzifə borclarına səhlənkar yanaşması nəticəsində baş verdiyi müəyyən edilib. Xidmət rəisi silah və sursatın saxlanma qaydalarını pozaraq aprel döyüşlərindən sonra döyüş vəziyyətində olan partlayıcı vasitələri anbara qəbul edib. Bunlara qarşı heç bir təhlükəsizlik tədbiri görməməsi nəticəsində ağır nəticələrə səbəb olan partlayış baş verib.

Anbar rəisi isə aparılan iş zamanı təhlükəsizlk qaydalarının tələblərinə, giriş-çıxış qaydalarına əməl etməyib. O, təlimata zidd olaraq döyüş vəziyyətində olan qumbaraları qeyri-döyüş vəziyyətinə gətirərək, qutularda saxlayıb və bu işlərin görülməsi üçün Hrant Manqasaryan da daxil olmaqla, digər hərbi qulluqçuları da cəlb edib. Həmin anda anbarda 10-dək hərbi qulluqçu texniki təsərrüfat işlərinə cəlb edilmiş halda olublar. Səhlənkarlıq edən anbar rəisi 2 nəfərlə birlikdə qumbaraların sökülüb yığılmasına başlayıb ki, yol verilən texniki səhv ucbatından 12:00 radələrində anbarda partlayış baş verib. Nəticədə, əsgər Hrant Manqasaryan aldığı xəsarətlərdən hadisə yerində ölüb, anbar rəisi daxil olmaqla, hərbi qulluqçu S.Alumyan və M.Marqaryan yaralanıb.

Daha öncə əldə edilmiş faktlar əsasında, Ermənistan istintaq orqanları erməni əsgəri Hrant Manqasaryanın ölüm işində raket artilleriya silahları xidmətinin rəisi A.Qriqoryanın günahkar olduğunu sübut edərək həbs ediblər. Təlimata zidd əməllərinə və səhlənkarlığına görə hissənin raket artilleriya silahları anbarı rəisi müqaviləli hərbi qulluqçu Qevork Hyusnuntsa qarşı ittiham irəli sürülüb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-əsgər   Ölüm  


Bizi "telegram"da izləyin